Lozanna danışıqlarının bəzi detalları açıqlandı

Lozanna danışıqlarının bəzi detalları açıqlandı
  16 Oktyabr 2016    Oxunub:2285
Lozannada keçirilən çoxtərəfli danışıqların bəzi təfərrüatları məlum olub.
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, iştirakçılar bir neçə maraqlı ideya müzakirə ediblər.

Onun sözlərinə görə, tərəflər yaxın zamanda təmasların davam etdirilməsinə dair razılığa gəliblər: “Vəziyyətə təsir edə biləcək kifayət qədər nüfuzlu ölkələrin nümayəndələrinin iştirakı ilə bir neçə ideya müzakirə edilib. Nizamlanmanın irəliləməsinə kömək edə biləcək sazişlərin əldə olunması üçün tezliklə təmasların davam etdirilməsinə dair razılığa gəlinib”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, iştirakçıların fikirləri atəşin dayandırılması və loyal müxalifətlə bağlı mövqelərdə parçalanıb: “Biz Suriyadakı vəziyyətlə bağlı fikirlərlərimizi qeyri-rəsmi dəyişdik, ancaq atəşin dayandırılması haqqında hansısa müəyyən sazişə nail olunmadı. Bu, güman edilmirdi. Hamı, o cümlədən Türkiyə tərəfi barışığa nail olmaq və Hələbə humanitar köməyi çatdırmaq barədə fikirləri bölüşdü. İlk növbədə atəşin dayandırılmasına nail olmaq lazımdır, amma İŞİD terror qruplaşmasıyla mübarizə davam etdirilməlidir".

AzVision.az


Teqlər:  





Xəbər lenti