Merkel Rusiyanın cəzalandırılmasını istəyir

Merkel Rusiyanın cəzalandırılmasını istəyir
  16 Oktyabr 2016    Oxunub:1871
Almaniya kansleri Angela Merkel Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.
“RİA Novosti” xəbər verir ki, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.

Nəşr qeyd edir ki, Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti