Deputatlığa namizədlər narkoloji testdən keçəcək

Deputatlığa namizədlər narkoloji testdən keçəcək
  16 Oktyabr 2016    Oxunub:1744
Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.

MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır: “Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə “Gürcü Arzusu”ndan 67, “Vahid Milli Hərəkat” partiyasından 27 və “Gürcüstan Vətənpərvərlər İttifaqı”ndan 6 namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq”, - deyə MSK-dan bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. MSK-nın ilkin məlumatına görə, proporsional siyahı üzrə parlamentə keçən 77 deputatlığa namizəd və 20 mojaritar deputat narkoloji test yoxlanışından keçəcək. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti