Tramp qadınlara təcavüz etdiyini boynuna almadı

Tramp qadınlara təcavüz etdiyini boynuna almadı
  16 Oktyabr 2016    Oxunub:2073
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp barəsində irəli sürülən cinsi təcavüz iddialarını yalanlayıb.
AzVision.azın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, ittihamlar ona qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir və həqiqəti əks etdirmir.

Şimali Karolina ştatında seçicilərə müraciət edən Trampın sözlərinə görə, adının təcavüz olayında hallanması başlatdığı seçki kampaniyanın qarşısını almaq üçündür.

“New York Times” xəbər verir ki, 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.

Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini ətəyinin altına keçirməyə çalışıb.

22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb. Hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.

Məlum hadisələrdən sonra rəy soğularına görə Donald Trampın reytinqi xeyli aşağı düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti