Uşaqları boğub ürəyini yeyən qatil - Fotolar

Uşaqları boğub ürəyini yeyən qatil - Fotolar
  16 Oktyabr 2016    Oxunub:18400
Taylandın ən məşhur qatillərindən olan See Uey Sae Ungun qorxunc mumyası Bankokda yerləşən muzeydə nümayiş olunur.
AzVision.az xəbər verir ki, uşaqların qatili kimi tarixə iz qoyan caninin mumyası turist axınına səbəb olub. Onun mumyasını görmək üçün gün ərzində yüzlərlə insan muzeyə üz tutur.

See Uey Sae 1944-cü ildə Taylandda yaşayan çinli qaçqınlara hücum çəkərək azyaşlı uşaqları öldürüb. Altıdan çox uşağın qatilinə çevrilən See Uey Sae azyaşlıları boğaraq onların ürək və böyrəklərini yeyib.

1950-ci ildə həbs edilən cani törətdiyi cinayətlərin ona güc və ölümsüzlük bəxs etdiyini deyib.

Ruhu xəstə olan See Uey Sae 1950-ci ildə asılaraq edam edilib. Tayland hökuməti bu kimi cinayətləri törətmək istəyən insanlara nümunə olaraq onun meyitinin mumyalanması qərarına gəlib.









AzVision.az


Teqlər:  





Xəbər lenti