Ohanyanın arvadı da işdən çıxarılır?

Ohanyanın arvadı da işdən çıxarılır?
  16 Oktyabr 2016    Oxunub:4743
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan işdən azad edildikdən sonra həyat yoldaşı Ruzanna Xaçatryan məzuniyyətə çixıb və iş yerinə qayıtmayıb.

AzVision.az "Report"a istinadən xəbər verir ki, onun əvvəlki iş yerinə qayıdacağı məlum deyil.

Məlumata görə, ölkənin yeni səhiyyə naziri Levon Altunyan deyib ki, o, özündən əvvəlki nazir Armen Muradyanın müşavirlərinin işdən azad edilməsi tələbini irəli sürməyib. Məlumatda bidlririlib ki, keçmiş müdafiə nazirinin həyat yoldaşı sabiq səhiyyə nazirinin müşaviri işləsə də əsasən, başçılıq etdiyi "Erməni hərbi həkimləri assosiasiyası" ictimai birliyinin işləri ilə məşğul olub.

Alytunyan keçmiş nazirin müşavirinin vəzifədən çıxarmaq niyyətində olmadığını söyləsə də bunları vurğulayıb: "Müşavirlərim işə gəlməyib, başqa məsələlərlə məşğul ola bilməzlər".

Qeyd edilib ki, Ermənistan səhiyyə nazirinin 4 müşaviri var

AzVision.az


Teqlər:  





Xəbər lenti