Türkiyədə terrorçu özünü partlatdı - 3 şəhid, 8 yaralı

Türkiyədə terrorçu özünü partlatdı - 3 şəhid, 8 yaralı
  16 Oktyabr 2016    Oxunub:8298
Türkiyənin Qaziantep şəhərində keçirilən antiterror əməliyyatı zamanı ələ keçəcəyini görən terrorçu kamikadze özünü partladıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis şəhid olub, 4-ü suriyalı olmaqla 8 nəfər isə yaralanıb.

Özünü partladan terrorçunun İŞİD üzvü olduğu bildirilir. Hazırda digər kamikadzelərin axtarışı davam etdirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Ərazi polislər tərəfindən nəzarət altına alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti