Mosul İŞİD-dən təmizlənir - Hərbi əməliyyat başladı

Mosul İŞİD-dən təmizlənir - Hərbi əməliyyat başladı
  17 Oktyabr 2016    Oxunub:1851
İraqda Mosul şəhərinin İŞİD terrorçularının nəzarətindən azad edilməsi uğrunda hərbi əməliyyatlara başlanılıb.
AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi dövlət televiziyası vasitəsilə etdiyi açıqlamada bildirib. Hərbi əməliyyatlarda yalnız ordu və polis birliklərinin iştirak etdiyini deyən Baş nazir xalqı hərbçilərlə həmrəylik göstərməyə çağırıb.

Ölkənin ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD terrorçularının nəzarətinə keçib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti