`ABŞ-da seçkilər saxtalaşdırılır` - Trampdan qalmaqallı açıqlama

`ABŞ-da seçkilər saxtalaşdırılır` - Trampdan qalmaqallı açıqlama
  17 Oktyabr 2016    Oxunub:6693
Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır.

AzVision.az xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi “Twitter” səhifəsində yazıb.

“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - deyə Trampın bəyanatında bildirilir.

Tramp bundan öncəki çıxışında bildirmişdi ki, Amerika KİV-ləri prezident seçimləri yaxınlaşdıqca seçiciləri gözündən salmaq üçün hər bir addımı atır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti