Poroşenko Rusiyadan intiqam aldı - `Motorola` öldürüldü

Poroşenko Rusiyadan intiqam aldı - `Motorola` öldürüldü
  17 Oktyabr 2016    Oxunub:3985
Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Məlumata əsasən “Motorola” ləqəbli Arseniy Pavlov yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub. O, “Donetsk Xalq Respublikası”nın liderlərindən biri olub.

Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko əsgər ölümünə görə, “Motorola”dan intiqam alacağını bəyan etmişdi. Arseniy Pavlov Rusiyaya yaxınlığı ilə tanınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti