Pakistanda avtobus qəzası: 26 ölü, 66 yaralı

Pakistanda avtobus qəzası: 26 ölü, 66 yaralı
  17 Oktyabr 2016    Oxunub:1530
Pakistanda ağır yol qəzası baş verib.
AzVision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

Hadisə Pakistanın Pəncab əyalətində baş verib. Xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti