İranın hərbi gəmiləri Bakıya gəlir

İranın hərbi gəmiləri Bakıya gəlir
  17 Oktyabr 2016    Oxunub:2083
İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək.
İranın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti