Bu gün Obamanın günüdür

Bu gün Obamanın günüdür
  13 Avqust 2013    Oxunub:1670
Bu gün bütün solaxaylar hamının diqqətini özlərinə cəlb etməyə çalışırlar.
1976-cı ilin avqustun 13-də “Left-handers International” təşkilatının əsası qoyulub. 1984-cü ildə solaxayların Beynəlxalq konfederasiyası elan edilib. Solaxaylar günü 1992-ci ildən “Britaniya Solaxay Klubu” (“The Left-Handers Club”) tərəfindən geniş şəkildə qeyd edilməyə başlanıb. Həmin gün solaxaylar “öz məhsullarını” müxtəlif tədbirlər və yarışlarda təqdim edirlər.

Psixoloqlar hesab edir ki, solaxay insanlar güclü xarakterə və yaradıcılıq potensialına malikdir. Statistikiya əsasən, dünya əhalisinin təxminən 10 %-i solaxaydır. Məşhur solaxay insanların siyahısına - Mark Tven, Leonardo da Vinçi, Mikelancelo, Bethoven, Sergey Rahmaninov, Merilin Monro, Robert de Niro, Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Vinston Çerçil, Janna Dark, Ronald Reyqan, Corc Buş, Bill Klinton və Barak Obama daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti