60 minlik ordu İŞİD-lə döyüşür - Mosuldan son xəbər

60 minlik ordu İŞİD-lə döyüşür - Mosuldan son xəbər
  17 Oktyabr 2016    Oxunub:5867
Mosul şəhərinin “İraq və Şam İslam Dövləti” (İŞİD) terrorçularından azad olunması ilə bağlı əməliyyatın başlandığından sonra Başehre kəndi daxil olmaqla 7 kənd peşmərgələrin əlinə keçib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Mosula yönəlmiş quru qoşunlarının sayı 60 min nəfərdən artıqdır. Qoşunlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiyası və artilleriya dəstək verir.



Əməliyyatlarda, həmçinin Türkiyənin İraqda təlim keçdiyi 3 minə yaxın süni iştirak edir. Qeyd olunub ki, hazırda döyüşçülərin yarısı cəbhədədir. Digər hissəsi isə döyüşə getmək üçün əmr gözləyir.



Artıq İŞİD mövqelərinə aviasiya və artilleriya zərbələri endirilib. İŞİD terrorçuları avtomobil şinlərini yandıraraq təyyarə pilotlarının görmə imkanlarını zəiflətməyə çalışır. Bundan başqa, terrorçular şəhər ətrafında qazdıqları və neftlə doldurduqları arxlara od vurublar.



Bu arada ABŞ-ın İŞİD-də qarşı koalisiyadakı təmsilçisi Bret Makgurk (Brett McGurk) Mosul əməliyyatına qatılan İraq təhlükəsizlik qüvvələri və peşmərgələrə dəstəyini bildirib və Türkiyəyə təşəkkür edib.



İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin yayından bəri İŞİD-in əlindədir. 1,3 milyon sakini olan şəhərdə İŞİD-in 6 mindən artıq terrorçusu var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti