Azərbaycanlı uşaq Türkiyədə yaralandı

Azərbaycanlı uşaq Türkiyədə yaralandı
  17 Oktyabr 2016    Oxunub:1209
Türkiyədə ağır yol qəzası baş verib.
AzVision.az-ın “Beyazgazete”yə istinadən verdiyi məlumata görə, hadisə Kırıkkale-Samsun yolunda baş verib.

Belə ki, Ahmet Aydoğanın idarə etdiyi “42 GU 283” dövlət nömrə nişanlı TIR Özkan Tuluyun idarə etdiyi “34 DY 9421” nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə 8 nəfər yaralanıb. Yaralılar arasında Adil adlı 6 yaşlı azərbaycanlı uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti