Mosulda qanlı döyüşlər gedir – CANLI YAYIM

Mosulda qanlı döyüşlər gedir – CANLI YAYIM
  17 Oktyabr 2016    Oxunub:23505
Xəbər verdiyimiz kimi, İraqda Mosul şəhərinin İŞİD terrorçularının nəzarətindən azad edilməsi uğrunda hərbi əməliyyatlara başlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-İbadi dövlət televiziyası vasitəsilə etdiyi çıxışında bildirib.

Hərbi əməliyyatlarda yalnız ordu və polis birliklərinin iştirak etdiyini deyən Baş nazir xalqı hərbçilərlə həmrəy olmağa çağırıb.

AzVision.az İŞİD yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən döyüşləri canlı olaraq oxuyuculara təqdim edir:



Mosulda İŞİD terror təşkilatına qarşı başladılan əməliyyatda 7 kənd qruplaşmadan azad edilərək kürd silahlı qüvvələrinin əlinə keçib.

Ölkənin ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD terrorçularının nəzarətinə keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti