Terrorçular vitse-prezidenti yaralayıb

Terrorçular vitse-prezidenti yaralayıb
  17 Oktyabr 2016    Oxunub:1339
Əfqanıstanın vitse-prezidenti, general Əbdül-Rəşid Dustum “Taliban” hərəkatının döyüşçüləri tərəfindən yaralanıb.
AzVision.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Khaama Press" agentliyi xəbər yayıb.

Dustum ölkənin şimal-qərbində yerləşən Farlyab vilayətində “Taliban” hərəkatının döyüşçülərinin pusqusuna düşüb.

Qeyd edək ki, vilayət ötən həftə taliblər tərəfindən ələ keçirilib.

Əfqanıstanın baş naziri Abdulla Abdulla bildirib ki, hücum nəticəsində vitse-prezident yüngül xəsarət alıb və onun sağlamlığına heç bir təhlükə yoxdur.

Türkiyənin Anadolu agentliyi isə xəbər verir ki, mühafizəçilərə hücum zamanı əfqan güc strukturlarının 15 əməkdaşı həlak olub, 20 nəfər isə yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti