Bağdadi yenə ölümdən qurtuldu

Bağdadi yenə ölümdən qurtuldu
  17 Oktyabr 2016    Oxunub:1408
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadi koalisiya qüvvələrinin endirdiyi aviazərbələrdən son anda xilas olub.
AzVision.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Qüvvələrindən olan mənbəyə bildirib.

Qeyd edilib ki, Bağdadi zərbələrdə yayına bilib.

Eyni zamanda mənbə aviazərbələrin beynəlxalq koalisiya və İraq Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, İraqda Mosul şəhərinin İŞİD terrorçularının nəzarətindən azad edilməsi uğrunda hərbi əməliyyatlara başlanılıb. Hərbi əməliyyatlarda yalnız ordu və polis birliklərinin iştirak etdiyini deyən Baş nazir xalqı hərbçilərlə həmrəyliyə səsləyib.

Ölkənin ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD terrorçularının nəzarətinə keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti