Ərdoğandan ABŞ-a xəbərdarlıq: `Sözünüzü tutun, yoxsa...`

Ərdoğandan ABŞ-a xəbərdarlıq: `Sözünüzü tutun, yoxsa...`
  17 Oktyabr 2016    Oxunub:2882
“Mosul əməliyyatında bölgəyə heç bir dəxli olmayan tərəflər iştirak edir”
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışı zamanı deyib.

Türkiyə prezidentinin sözlərinə görə, həmin qüvvələri İraq hakimiyyəti əməliyyatda iştirak etmək üçün dəvət edib.

“Rəsmi Bağdad niyə ölkəyə dəvətsiz gələnləri çıxarmır? Görəsən, onları (Ərdoğan çox güman ki, ABŞ-ı nəzərdə tutur-red) Səddam Hüseyn 14-15 il bundan əvvəl dəvət etmişdi? Amma onlar, bununla belə, ölkəyə daxil oldu, qan töküldü, bir milyondan artıq insan həlak oldu. Dünyanın güclüləri yazılmamış qanunlarla, öz maraqlarına cavab verən tərəfdə fəaliyyət göstərir”.

Ərdoğan Suriyanın PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini vurğulayıb və ABŞ-a xəbərdarlıq edib: “Münbiç əməliyyatında bizə söz verdiniz ki, PYD-YPG terror təşkilatı ora girməyəcək. Sözünüzü tutun. Oranın 95 faizi ərəbdir. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz. Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə sözü olmaz”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti