`Russia Today`in hesabları donduruldu

`Russia Today`in hesabları donduruldu
  17 Oktyabr 2016    Oxunub:1598
Rusiyanın “Russia Today” telekanalının Böyük Britaniyadakı bütün hesabları dondurulub.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bunu telekanalın baş redaktoru Marqarita Simonyan bildirib.

“Britaniyada bütün hesablarımızı bağlayıblar”, - deyə Simonyan “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu qərardan şikayət etmək mümkün deyil: “Yaşasın söz azadlığı!”

Simonyan “Russia Today”in Böyük Britaniyada fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini bildirib: “Bizim vəkillər bu vəziyyətdən çıxış yolunu tapmaq üçün mümkün variantların axtarışını davam etdirir. Biz bunun nə anlama gəlməsini başa düşməyə çalışırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti