İraqda hərbi konvoya hücum: 70 əsgər ölüb

İraqda hərbi konvoya hücum: 70 əsgər ölüb
  18 Oktyabr 2016    Oxunub:1775
İraqın Mosul şəhəri yaxınlığında hərbi konvoya hücum edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mosulun Bilavet kəndinin ərazisində terrorçu-kamikadze hərbi konvoya hücum edib.

Terrorçu-kamikadzenin zirehli avtomobillər yoldan keçərkən özünü partlatması nəticəsində İraq ordusunun 70-ə yaxın hərbçisi həlak olub.

Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

Qeyd edək ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti