Sarkisyan baş prokurorun müavinini işdən çıxardı

Sarkisyan baş prokurorun müavinini işdən çıxardı
  18 Oktyabr 2016    Oxunub:1591
Ermənistanda baş prokurorun müavini Emil Babayan tutduğu vəzifədən azad olunub.
AzVision.az `News.am`-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib. Onun yerinə ölkə parlamenti 38 yaşlı Artur Davtyanı baş prokuror seçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti