Azərbaycanlılar Rusiyada 50 milyonluq qızıl oğurlayıb

Azərbaycanlılar Rusiyada 50 milyonluq qızıl oğurlayıb
  18 Oktyabr 2016    Oxunub:3857
Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburqda qızıl mağazaları və lombardları qarət edən azərbaycanlılara hökm oxunub.
AzVision.az “Fontanka”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər prokurorluğu yayıb. Qeyd olunub ki, müttəhimlər kürsüsündə 7 Azərbaycan vətəndaşı - Ruslan Quliyev, Ramiq Abdullayev həmçinin onların tərəfdaşları əyləşib.

Quliyev və Abdullayev cinayətkar qrup yaratmaqla soyğunçuluq etməkdə təqsirləndirilib. Bundan başqa, onlar qanunsuz olaraq silah dövriyyəsində təqsirli biliniblər.

Məhkəmə müəyyənləşdirib ki, cinayətkarlar 2012 və 2013-ci illər ərzində zərgərlik mağazaları və lombardlara basqın edib və ümumi dəyəri 50 milyon rubldan artıq olan qızıl oğurlayıb.

Məhkəmə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə Quliyevi 13,5, Abdullayevi isə 14,5 il müddətinə azadlıqdan məhrum edib. Onlarla əlbir olan Quliyeva və Abdullayeva soyadlı qadınlar barəsində də həbs qərarı verilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti