KTMT-nın iclası Ermənistan üçün fiaskodur - `Stratfor`

KTMT-nın iclası Ermənistan üçün fiaskodur - `Stratfor`
  18 Oktyabr 2016    Oxunub:3855
Oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclası Ermənistan üçün əsl fiasko olub.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan “Stratfor" Qlobal Analitik Mərkəzinin yaydığı məlumatda bildirilir.

Məlumatda KTMT-nın sammitində əldə olunan razılaşmaları baxmayaraq, görüşün fiaskoya uğradığı, heç nə ilə yadda qalmadığı vurğulanır.

“Daha əvvəl söhbətlər gəzirdi ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan təşkilatın yeni baş katibi təyin olunacaq. Bu təyinat strateji irəliləyişin siqnalı ola bilərdi. Buna baxmayaraq liderlər bu məsələnin müzakirəsini ilin sonuna qədər təxirə salmağa qərar verdilər”, - deyə məqalədə bildirilib.

Məqalədə, həmçinin görüşdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu qeyd edilib.

İclas iştirakçıları KTMT-nın üzvü olmayan Azərbaycanın öz torpaqlarını geri qaytarmaq cəhdlərinin qarşısının alınması ilə bağlı Ermənistanın çağırışlarını dəstəkləməyib: “Bundan əlavə, İrəvanda Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin Dağlıq Qarabağ danışıqlarında pozitiv yol oynaya bilməsi barədə bəyanat da səsləndirib ki, buna da Ermənistana qarşıdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti