İlham Əliyev`Su-24` qalmaqalından danışdı: `Xarici güclərin təxribatıdır`

İlham Əliyev`Su-24` qalmaqalından danışdı: `Xarici güclərin təxribatıdır`
  18 Oktyabr 2016    Oxunub:4280
“Rusiyaya məxsus “Su-24” qırıcısının vurulması ilə bağlı insidentdə Moskva və Ankara arasında yaxınlaşmanı narahatlıqla izləyən güclərin təxribatı öz rolunu oynayıb”.

AzVision.az “Rİa Novosti”-yə istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev məşhur rusiyalı jurnalist Dmitri Kisilyova müsahibəsində bildirib.

“Mən hesab edirəm ki, Rusiya və Türkiyə arasında əlaqələrin normallaşması ədalətin bərpası, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, bunun səbəbləri təhlil olunacaq. Bildiyim qədəri ilə artıq təhlil olunub. Bizdə olan məlumatlara görə, bu insidentdə Rusiya və Türkiyə arasında yaxınlaşmanı narahatlıqla izləyən müəyyən güclərin müdaxiləsi olub”, - deyə prezident müsahibəsində deyib.

Bunun xaricdən təxribat ola biləcəyi barədə suala cavab verən ölkə başçısı qeyd edib: “Hər halda, bu baş verdiyi vaxt bizim ağlımıza gələn ilk şey bu variantı istisna etməməyimiz oldu. Çünki, bu qəti sürətdə Türkiyənin maraqlarında deyildi. Biz kiminsə şüurlu şəkildə belə bir qeyri-dostyana hərkət edəcəyini təxmin edə bilmirdik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti