`Azərbaycanda radikal islam təhlükəsi yoxdur` - Prezident

`Azərbaycanda radikal islam təhlükəsi yoxdur` - Prezident
  18 Oktyabr 2016    Oxunub:1690
“Azərbaycan əhalisi özünün dini, milli, mənəvi köklərinə bağlıdır, eyni zamanda dünyəvi cəmiyyətdir. Ona görə də bizdə radikallar üçün nə iqtisadi, nə sosial baza mövcud deyil”

AzVision.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

Prezident bildirib ki, Azərbaycan cəmiyyəti milli ideya ətrafında sıx birləşdiyinə görə, ölkə üçün radikal islamın yayılması ilə bağlı potensial risk və təhdid yoxdur.

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün radikalizmlə mübarizə planında əsas vəzifə özünü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır. “Azərbaycan vətəndaşları hər gün qaynar nöqtələrdə nə baş verdiyini görür, Avropda, Yaxın Şərqdə, MDB məkanında. Bu da Azərbaycan cəmiyyətini bir daha birləşdirir. Bu, radikalizmdən ən güclü peyvənddir”- ölkə başçısı deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti