`Heç kimin torpağında gözümüz yoxdur` - Ərdoğan

`Heç kimin torpağında gözümüz yoxdur` - Ərdoğan
  18 Oktyabr 2016    Oxunub:1807
"Dünən ABŞ-dakı dostlarımız bizdən yardım istədi"
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-2017-ci il Ali Akademik Təhsil ilinin açılış tədbirindəki çıxışında İraqda baş verən hadisələrdən danışarkən bildirib.

O, Suriyanın Dabiq qəsəbəsinin İŞİD-dən azad olunduğunu bildirib: "İŞİD Dabiqlə bağlı müxtəlif iddialar irəli sürürdü. Dabiq tariximizdə çox əhəmiyyətli yerə malikdir. Həmin ərazini terrorçulardan təmizlədik. İndi əl-Baba doğru hərəkət edirik. Oranı da terrorçulardan təmizləyəcəyik. Şərqdə Münbiçdir. Biz koalisiya qüvvələrinə dedik ki, oranın 95 faizi ərəbdir. Orada PYD və YPG-yə yer yoxdur. Dünən ABŞ-dakı dostlarımız bizimlə əlaqə saxlayıb yardım istədi. Biz bunu əvvəldən söyləyirdik. Çünki həmin yerləri ən yaxşı biz tanıyırıq. "Rakkada nə edəcəyik?" dedilər. "Gəlin, birlikdə işləyək" dedik. Oranı da İŞİD-dən təmizləyərik. Bu istiqamətdə də müzakirələr aparılır. Heç kimin torpaqlarında gözümüz yoxdur".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti