Ərdoğan və Putin razılığa gəldi - Kritik zəng

Ərdoğan və Putin razılığa gəldi - Kritik zəng
  19 Oktyabr 2016    Oxunub:2233
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib.

“İstanbulda oktyabrın 10-da keçirilən Rusiya-Türkiyə yüksək səviyyəli danışıqlarının kontekstində siyasi, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edilib”, - deyə kremlin yaydığı məlumatda qeyd edilib.

Tərəflər ikitərəfli və regional problemlərlə bağlı təmasları müxtəlif səviyyələrdə davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti