`Türkiyəsiz Mosulun gələcəyi yoxdur` - Müdafiə naziri

`Türkiyəsiz Mosulun gələcəyi yoxdur` - Müdafiə naziri
  19 Oktyabr 2016    Oxunub:1676
Ankara və beynəlxalq koalisiya qüvvələri Türkiyənin Hərbi-Hava Qüvvələrinin Mosulun İŞİD-dən azad olunması əməliyyatında iştirak etməsinə dair razılığa gəlib.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık bildirib.

Nazir vurğulayıb ki, Türkiyənin iştirakı olmadan Mosulun gələcəyinə dair qərar vermək mümkünsüzdür.

İşık eyni zamanda Ankaranın Mosula dair Parisdə yaxın günlərdə keçiriləcək beynəlxalq görüşə dəvət aldığını qeyd edib.

“Türkiyənin Mosula dair müzakirələrdə iştirakı təbiidir. Bizim iştirakımız olmadan qərarın verilməsi mümkünsüzdür”, - deyə nazir bildirib.

Türk nazir dolayı yolla diqqətə çatdırıb ki, Türkiyəsiz Mosulun gələcəyi yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti