ABŞ-da növbəti atışma: 4 məktəbli güllələndi

ABŞ-da növbəti atışma: 4 məktəbli güllələndi
  19 Oktyabr 2016    Oxunub:1508
ABŞ-ın San-Fransisko şəhərində yerləşən məktəbin yaxınlığında atışma baş verib.
AzVision.az “ABC News”a istinadən xəbər verir ki, hadisə zamanı məktəbin 4 şagirdi xəsarət alıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentdən dərhal sonra məktəb müvəqqəti olaraq bağlanıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışına başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti