Ankarada böyük terrorun qarşısı alınıb

Ankarada böyük terrorun qarşısı alınıb
  19 Oktyabr 2016    Oxunub:1676
Ankarada keçirilən antiterror əməliyyatı zamanı İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinən bir nəfər zərərsizləşdirilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ahmet B. adlı şəxs Türkiyənin paytaxtında terror aktı törətməyi planlaşdırırmış.

Məlumata əsasən, 1992-ci ildə Türkiyənin Adana şəhərində anadan olan, Diyarbakırda qeydiyyatda olan Ahmet B. adlı şəxs terrorçu-kamikadze olub.

Onun təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmadığı və müqavimət göstərdiyi bildirilir. Bundan sonra polis atəş açmaq məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib.

Onun yaşadığı mənzildə böyük miqdarda partlayıcı maddə aşkarlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti