`Trampın prezident olmasını istəyirəm`- Obamanın qardaşı

`Trampın prezident olmasını istəyirəm`- Obamanın qardaşı
  19 Oktyabr 2016    Oxunub:2182
ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama sonuncu debatlarda zamanı Respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün oktyabrın 19-da Las Veqasa gəlmək fikrindədir.
Bu barədə AzVision.az “The New York Times”-a istinadən xəbər verir.

Obamanın ögey qardaşı Tramp ətrafında qalmaqallara inanmadığını bildirib: “Mən debatlarda iştirak edəcəyimə görə şadam. Tramp yenidən ABŞ-ın qüdrətini artıra bilər”.

O, həmçinin Trampın rəqibi Hilari Klintonu dövlət katibi işlədiyi dövrdə verdiyi qərarlara görə tənqid edib. Öz növbəsində Tramp Maliklə görüşü səbirsizliklə gözlədiyini bildirib: “O, məni qardaşından çox anlayır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti