İranın hərbi gəmiləri Bakıda

İranın hərbi gəmiləri Bakıda
  19 Oktyabr 2016    Oxunub:2079
İran hərbi gəmiləri Bakı limanına çatıb.
AzVision.az xəbər verir ki, "Demavend" minaatan gəmisi və "Çoşun" raket daşıyan gəmisi axır ki, Bakı limanına daxil ola bilib.

Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində 200 nəfərdən ibarət olan gəmilərin ekipajları Bakıyla tanış olacaq, azərbaycanlı həmkarları ilə görüş keçirəcək, eləcə də Azərbaycan hərbçiləri ilə futbol üzrə yoldaşlıq matçında üz-üzə gələcəklər.

Xatırladaq ki, gəmilər əlverişsiz hava şəraitinə görə, sutkaya yaxın müddətdə limanda lövbər sala bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti