KTMT-nın yeni baş katibi Nazarbayevə görə seçilməyib

KTMT-nın yeni baş katibi Nazarbayevə görə seçilməyib
  19 Oktyabr 2016    Oxunub:1742
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitdə iştirak etməməsinə görə İrəvanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi məsələsi müzakirə olunmayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu KTMT-nın hazırki rəhbəri Nikolay Bordyuja bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Qazaxıstan prezidenti Nursulatn Nazarbayevin xəstəliyi ilə əlaqədar təxirə salınıb.

“Bu məsələnin bütün prezidentlərin iştirakı ilə həll olunmasını nəzərə alan liderlər dekabrda görüşmək barədə razılığa gəliblər. Məhz onda, Şuranın bütün iştirakçıları iclasda olduğu vaxt liderlər yekun qərar qəbul edəcəklər”, - deyə Bordyuja bəyan edib.

Qeyd edək ki, daha əvvəl “Aykakan Jamanak” qəzeti Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik etməkdən imtina etdiyini yazmışdı. Nəşr yazdığına görə, bundan sonra Ermənistan rəhbərliyi digər sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı KTMT-ya rəhbər gətirməyi planlaşdırırdı.

Ermənistan prezident Serj Sarkisyan oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclası zamanı növbəti 4 il üçün Arutyunyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi.

KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti