Qırğızıstanda Konstitusiyanın orijinal variantı itib

Qırğızıstanda Konstitusiyanın orijinal variantı itib
  19 Oktyabr 2016    Oxunub:2388
Qırğızıstan parlamenti bu gün ikinci oxunuşda ölkə konstitusiyasının dəyişdirilməsi üzrə referendum keçirilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarıb.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, iclas zamanı deputatlar Ali qanunun orijinal variantının olmadığı bildiriblər.

Qanun layihəsinin müzakirəsi zamanı "Ata-Meken" Sosialist Partiyası fraksiyasından olan deputatlar dövlət orqanlarının nümayəndələrinə orijinal Konstitusiyanın nümayiş etdirilməsiylə bağlı müraciət edib. Lakin məlum olub ki, Ədliyyə Nazirliyi və Prezident Aparatında yalnız sənədin nüsxələri var.

"Dəyişikliklər etməzdən əvvəl orijinal variantı tapmaq lazımdır. Əks halda, nəyə dəyişiklik edəcəyik?!", - deyə Respublikanın keçmiş prokuroru, deputat Aida Salyanova bildirib.

Sosialistlər, həmçinin orijinal Konstitusiyanın axtarışı üçün xüsusi komissiyanın yaradılmasını tələbə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti