Ermənistanda dərman biznesini mafiya idarə edir

Ermənistanda dərman biznesini mafiya idarə edir
  19 Oktyabr 2016    Oxunub:1589
Ermənistanda dərman idxalı və istehsalını mafiya idarə edir.
AzVision.az xəbər verir ki, bunu parlamentin iclasında Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan deyib.

Onun sözlərinə görə, Ermənistanda əksər ağrıkəsici dərmanlar saxtalaşdırılır, bu sahədə özbaşnalıqlar hökm sürür: “Həkimlərin ölkədə dərman almağı məsləhət görmürlər. Bu sahədə özbaşınalıq hökm sürür. Kim bu sahəyə nəzarət edəcək? İnsanların həyatı təhlükədədir”.

Aram Manukyan əlavə edib ki, Ermənistanda acınacaqlı vəziyyət hökm sürür. Dərman biznesi mafiyanın əlindədir və bu səbəbdən insanlar xaricdən dərmanlar almaq məcburiyyətində qalırlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti