Berlində `Normand dördlüyü`nün görüşü keçirilir

Berlində `Normand dördlüyü`nün görüşü keçirilir
  20 Oktyabr 2016    Oxunub:1827
Almaniyanın paytaxtı Berlində “Normand dördlüyü”nün sammiti başlayıb.
AzVision.az RİA Novosti informasiya agentliyinə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkelin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko Berlinə gəliblər.

“Normand dördlüyü”nün liderləri Ukraynanın şərqində münaqişənin nizamlanmasına dair əsas məsələləri müzakirə edəcəklər.

Həmçinin məlumat verilir ki, sammitdən sonra Putin, Merkel və Olland Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti