Klinton yenə Trampa qalib gəldi - CNN-in sorğusu
AzVision.az xəbər verir ki, bunu “CNN” telekanalının "Opinion Research Corporation"la birgə keçirdiyi blits-sorğunun nəticələri göstərir. Belə ki, tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib.
Klinton və Tramp arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.
Eldar Tanrıverdiyev
AzVision.az