`Əsəd Obama və Klintondan ağıllıdır` - Tramp

  20 Oktyabr 2016    Oxunub : 2045
`Əsəd Obama və Klintondan ağıllıdır` - Tramp
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hesab edir ki, Rusiya və İran Suriya münaqişəsində ABŞ-a qalib gəlib.
AzVision.az xəbər verir ki, sonuncu debat zamanı Tramp Əsədin Obama və Hillari Klintondan ağıllı olduğunu deyib.

“Üç həftə əvvəl Rusiya və ABŞ Suriya üzrə atəşkəs əldə etdi. Atəşkəs zamanı Rusiya böyük ərazini tutdu. Sonra isə dedilər ki, onlar daha sülh istəmirlər. Nəticədə onlar bizi uddu. Əgər o, (red - Klinton) orada olsaydı, güman edirəm ki, bununla bağlı heç bir iş görə bilməyəcəkdi. Ölkəmiz Putin, Əsəd həm də İran tərəfindən məğlub vəziyyətə salınıb. Heç kim inana bilmir ki, bizim rəhbərlik axmaqdır”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: