Hərbi bazada əməliyyat – 40 FETÖ-çü tutuldu

Hərbi bazada əməliyyat – 40 FETÖ-çü tutuldu
  20 Oktyabr 2016    Oxunub:1680
Türkiyədə Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis Konya vilayətində yerləşən aviabazada əməliyyat keçirib.
AzVision.az "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 40 hərbi qulluqçu saxlanılıb.

Qeyd edək ki, 2016-cı ilin 15 iyul tarixində İstanbul və Ankarada hərbi çevriliş cəhdi olub. Qiyama cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid olub, 100-lərlə insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatıb. Hadisə baş ilə əlaqədar 34 general, 100-lərlə hərbçi, hakim, prokuror saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti