Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Milli Təhlükəsizlik və Müdafiə komitəsinin iclasında qalmaqala səbəb olub.
AzVision.az “Korrespondent” nəşrinə istinadən xəbər verir ki, Savçenko müzakirəyə çıxarılan məsələlərə və həmkarlarının çıxışına etiraz edərək iclası tərk edib. O, iclası tərk etməklə deputatlara 2017-c il üzrə hərbi büdcə, təcavüz şəraitində Ukraynada informasiya məkanının qorunması haqqında Təhlükəsizik Xidmətinin hesabatı, həmçinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi kimi vacib məsələlərin müzakirəsinə mane olub.
Deputatlar Savçenkonun bu hərəkətini sərt şəkildə tənqid ediblər.