`Qarabağ`dan möhtəşəm qələbə - Yenilənir

`Qarabağ`dan möhtəşəm qələbə - Yenilənir
  21 Oktyabr 2016    Oxunub:2541
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşır.
“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

Oyunu baş hakim Alon Yefetin rəhbərliyi ilə israilli hakimlər briqadası idarə edir.

***

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.

***

Ağdam təmsilçisi oyunun ikinci hissəsində rəqibi məğlub etməyi bacarıb. Təmsilçimiz PAOK-un qapısından iki cavabsız top keçirərək oyunda qələbə qazanıb.

Oyunda qolları 56-cı dəqiqədə Dani Kintana, 87-ci dəqiqədə isə Rahid Əmirquliyev vurub.


AzVision.az


Teqlər:  





Xəbər lenti