`Rusiya Avropa İttifaqını zəiflətmək istəyir` - Donald Tusk

`Rusiya Avropa İttifaqını zəiflətmək istəyir` - Donald Tusk
  21 Oktyabr 2016    Oxunub:1748
Rusiyanın strategiyası Avropa İttifaqını (Aİ) zəiflətməkdən ibarətdir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib.

“Rusiyanın strategiyası Avropa İttifaqını zəiflətməkdir. Biz reallığı görürük, bizdə heç bir illüziya yoxdur”, - deyə Tusk bildirib.

Tusk bununla belə Aİ-nin Moskva ilə gərginliyi gücləndirmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Aİ həmişə Rusiya ilə dialoqa hazırdır, lakin dəyərlərlə bağlı heç vaxt kompromisə getməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti