Erməni hərbçilər qəzaya düşdü - 4 yaralı

Erməni hərbçilər qəzaya düşdü - 4 yaralı
  21 Oktyabr 2016    Oxunub:2861
Ermənistanda Meçavan-Taşir avtomobil yolunda müqavilə əsasında xidmət aparan hərbçilər qəzaya düşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hərbçinin idarə etdiyi “Volkswagen Polo” markalı avtomobil idarəetməni itirib və aşıb.

Qəza nəticəsində avtomobildə olan dörd hərbçi yaralanıb. Yaralı hərbçilər Taşir xəstəxanasına gətirilib. Hazırda hadisənin baş vermə səbəbi araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti