`Ümid edirik ki, aprel döyüşləri təkrarlanmayacaq` - Gerber Zalber

`Ümid edirik ki, aprel döyüşləri təkrarlanmayacaq` - Gerber Zalber
  22 Oktyabr 2016    Oxunub:4480
Avropa İttifaqı ümid edir ki, aprel hadisələrindən sonra təmas xəttində Azərbaycan və Ermənistan qoşunları atəşkəs rejiminə əməl edəcəklər.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Gerber Zalber bildirib.

“Təəssüflər olsun ki, atəşkəs kobud şəkildə pozulub və hesab edirəm ki, aprel hadisələrinin təkrarlanmasının qarşısını almağa imkan olacaq. Çünki atəşkəs rejiminə əməl olunma sülh danışıqlarının əsas komponentidir. Ümid edirəm ki aprel döyüşləri təkrarlanmayacaq”, -deyə Zalber vurğulayıb.

Qeyd edək ki, Aİ-nin xüsusi nümayəndəsi oktyabrın 25-i Azərbaycana üçgünlük səfərə gələcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti