Qəzada ölənlər Aİ rəsmiləri deyil - Yenilənib (VİDEO)

Qəzada ölənlər Aİ rəsmiləri deyil  - Yenilənib (VİDEO)
  24 Oktyabr 2016    Oxunub:8380
Maltada qəzaya uğrayan təyyarədə Avropa İttifaqının nümayəndələri olmayıb.

AzVision.az xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, təyyarə Avropa İttifaqının hər hansı fəaliyyəti ilə əlaqəli olmayıb.

**

Yayılan ən son məlumata görə, təyyarə qəzası nəticəsində ölən şəxslər Fransa vətəndaşlarıdır.

Məsələyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini "Twitter" səhifəsində münasibət bildirib. O, ölənlərin Aİ-nin məmurları olması haqda məlumat təkzib edib: "Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

***

(11:52)

Avropa İttifaqının məsul şəxslərini aparan yümgül motorlu təyyarə Maltada qəzaya uğrayıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə baş verən zaman təyyarənin göyərtəsində 5 nəfər olub.

Məlumata əsasən təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltadan Liviyanın Misrata şəhərinə aparmalı işim. Havaya qalxandan sonra qəzaya uğrayıb və yerə düşüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti