Kəşmirdə qanlı döyüşlər gedir - Ölənlər var

Kəşmirdə qanlı döyüşlər gedir - Ölənlər var
  24 Oktyabr 2016    Oxunub:1963
Pakistan-Hindistan sərhədində atışma baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanla sərhədin Kəşmir istiqamətində baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.

Pakistan ordusunun yaydığı məlumata görə, son günlər Hindistan tərəfdən yaşayış məntəqələri müntəzəm olaraq atəşə tutulur.

Qeyd edək ki, cari ilin sentyabrın 29-da Pakistan-Hindistan sərhədində baş vermiş insidentdən sonra iki ölkənin sərhədində mütəmadi olaraq atəş səsələri eşidilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti