Erməni məmurlara `Facebook`qadağası qoyuldu

Erməni məmurlara `Facebook`qadağası qoyuldu
  24 Oktyabr 2016    Oxunub:4442
Son illər Ermənistanda dövlət idarəetmə sisteminin əməkdaşları, o cümlədən rəhbər heyətlərin “Facebook” sosial şəbəkəsində iş vaxtı boşboğazlıqla məşğul olması adi hala çevrilib.

AzVision.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yayıb.

Nəşrin məlumatına görə, artıq iki gündür dövlət müəssisələrinin bütün əməkdaşlarına iş saatlarında (9:00-dan 18:00-dək) sosial şəbəkələrə daxil olmaq qadağan edilib.

“Peşə fəaliyyəti ilə bağlı olaraq iş vaxtı sosial şəbəkələrdən istifadə etməyə yalnız mətbuat xidmətlərinə icazə verilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti