`Qızıl top` üçün ilk beş namizəd - Adlar

  24 Oktyabr 2016    Oxunub : 3590
`Qızıl top` üçün ilk beş namizəd - Adlar
“France Football” nəşri tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına namizəd olan ilk beş futbolçunun adı açıqlanıb.
Namizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, “Real Madrid”), Qaret Beyl (Uels, “Real Madrid”), Serxio Aquero (Argentina, “Mançester Siti”), Pyer-Emerik Obameyanq (Qabon, “Borussiya”) və Canluicu Buffon (İtaliya, “Yuventus”) yer alıblar. Daha 25 namizədin adı isə yaxın vaxtlarda açıqlanacaq.

Bu il “Qızıl top” mükafatının qalibi yalnız jurnalistlərin səsverməsinə əsasən məlum olacaq.

Ötən il bu mükafatın sahibi Argentina millisinin və “Barselona” komandasının ulduzu Lionel Messi olub. (Azərtac)

AzVision.az

Teqlər: