Pakistanda polislərə hücum: 59 ölü, 80 yaralı (Video)

Pakistanda polislərə hücum: 59 ölü, 80 yaralı (Video)
  25 Oktyabr 2016    Oxunub:1784
Pakistanda terrorçuların polis kollecinə hücumu zamanı ölənlərin sayı 59 nəfərə çatıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Bəlucistan vilayətinin Kvett şəhərində baş verib.

Məlumata əsasən, əməliyyat zamanı üç terrorçu məhv edilib. Silahlı basqın zamanı 80-dən çox insan xəsarət alıb.

Əməliyyat zamanı 250 nəfərdən çox polis kursantı silahlı şəxslərdən xilas edilib.
Ümumilikdə polis kollecində 700-ə yaxın kursant olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti